Binəqədi rayonunda “Sağlam Gənclik - 10 il” mövzusunda konfrans keçirilib
27 avqust 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, “İrəli” İctimai Birliyi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Sağlam Gənclik-10 il” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül qoyaraq öz ehtiramlarını bildirdilər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının sədri Yeganə Vəliyeva çıxış edərək qeyd etdilər ki, bu gün ölkədə gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam inkişaf etməsi üçün hərtəfərli şərait yaradılır, gənclərimizin mənəvi və fiziki sağlamlığına dövlətimiz tərəfindən böyük diqqət yetirilir. Bununla bağlı kompleks proqramlar hazırlanır və icra edilir. Bu gün Azərbaycan idman ölkəsinə çevrilib. Azərbaycanın bütün bölgələrində idman kompleksləri tikilir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə milli-mənəvi dəyərlərimiz qorunub saxlanılır, idmana xüsusi önəm verilir.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov öz çıxışlarında bildirdilər ki, Binəqədi rayonunda da idmana böyük diqqət göstərilir və bunula bağlı ardıcıl işlər aparılır. Binəqədi rayonu ərazisində 6 iri idman sağlamlıq kompleksi fəaliyyət göstərir. Bunlar “Bakı Tennis Akademiyası”, “Respublika Stend Atıcılığı İdman Kompleksi”, “Lokomotik İdman Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleski”, Lokomotik İdman Sağlamlıq Mərkəzinin Biləcəri Sarayı, “Binəqədi İdman Sağlamlıq Kompleksi” və “Bakı Futbol Klubunun Təlim Məşq Bazası”-dır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının sədri Yeganə Vəliyeva da çıxış edərək sağlam gələcək və son on il ərizndə səhiyyə sahəsində görülən işlərdən danışaraq, gəncliyin sağlam böyüməsinin vacibliyini qeyd etdi.
Konfrans rəsmi açılışdan sonra iki paneldə - “Sağlam həyatın dəyərləri” və “Sağlam həyat tərzi və onun təbliği” adlı panellərdə gənclərin müzakirələri ilə davam etdirildi.
|
|
|
|
|
|