Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 8-ci mikrorayon sakinləri ilə görüşdü

01 sentyabr 2013 | 10:00

2013-cü il  avqustun 30-da  8-ci mikrorayon, Azadlıq prospekti 22 saylı binanın qarşısındakı xeyir-şər evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun 8-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 143 nəfər mikrorayon sakini iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2013-cü il tarixdə Binəqədi rayonuna etdiyi səfər barədə, səfər çərçivəsində  əsaslı təmirdən sonra istifadəyə verilən 135 və 248 saylı orta məktəblərdə etdiyi açılışlar barədə, həmçinin ölkə Prezidentinin rəhbərliyi altında Respublikada  abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Mikrorayon sakinlərindən  Aygün Əliyeva, Nadir Məmmədov, Həmid Babayev, Sevil Həmidova, Tapdıq Həsənov və başqaları çıxış edərək mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər