Şriftin ölçüsü :

Saytın rəngi :

Payız-qış mövsümünə hazırlıqla bağlı Şura iclası keçirildi

07 sentyabr 2013 | 10:00

06 sentyabr  2013-cü il  tarixdə “Binəqədi rayon təsərrüfatının 2013-2014-cü illərin payız- qış mövsümünə hazırlığı ilə əlaqədar görülmüş işlər haqqında” Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov Şura iclasını giriş nitqi ilə açaraq, gündəlikdəki məsələni elan etdi.
“Rayon təsərrüfatının 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar görülən işlər haqqında”  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov məruzə etdi. Məruzəçi öz çıxışında rayon ərazisində payız-qış mövsümünə hazırlığın vəziyyəti, problemlər və qarşıda duran vəzifələr barədə məlumat verdi.
Sonra 1646 - Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov çıxış edərək vətəndaşların xidmətə müraciətləri və onların həlli istiqamətində görülmüş işlərlə bağlı məlumat verdi.
Daha sonra “Azəristiliktəchizat” ASC-nin Binəqədi rayon 3 saylı istilik sistemləri istismar sahəsinin rəisi Rövşən Tağıyev, Azəristiliktəchizat” ASC-nin Binəqədi rayon 15 saylı istilik sistemləri istismar sahəsinin rəisi Vilayət Muxtarov və Binəqədi Rayon Qaz İstismar Sahəsinin rəisi Orduxan Həsənəliyev məruzə ətrafında çıxış etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək sadalanan problemlərin aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar verdi.
Çıxış və müzakirələr başa çatdıqdan sonra Şura iclasının qərar layihəsi oxundu.

Keçidlər