Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Bilik günü qeyd olundu

17 sentyabr 2013 | 10:00

16 sentyabr 2013-ci il tarixində Binəqədi rayonunun orta ümumtəhsil məktəblərində “15 sentyabr - Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.
Məktəbliləri təbrik etmək üçün 244 saylı məktəbdə keçirilən bayram tədbirində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məktəbliləri, valideynləri və müəllim kollektivini təbrik edərək dövlət tərəfindən təhsilə göstərilən qayğıdan bəhs etdi, belə gözəl şəraiti olan məktəblərin şagirdlərindən yüksək nəticələr gözlədiyini vurğuladı. Rayon İcra Hakimiyyətinin başçısı ötən tədris ilinin Binəqədi rayonu üçün uğurlu olduğunu qeyd edərək, bu il Binəqədi rayonun 3 şagirdinin orta məktəbi qızıl medalla bitirdiyini, 72 məzunun 600-dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olunduqlarını bildirdi. 2012-2013-cü tədris ilində rayonumuzun şagirdləri hər il keçirilən müxtəlif fənnlər üzrə respublika olimpiadasında uğurlu nəticələr əldə edinlər.
Qeyd edildi  ki, bu il Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonumuzun 2 məktəbi – 135 və  248 nömrəli tam orta məktəbləri bütövlükdə, 297 nömrəli tam orta məktəbdə isə 2 korpus əsaslı təmir olunaraq 2013-cü ilin sentyabr ayında təhvil verilib. Bundan başqa, 244 və 246 saylı orta məktəblərdə 32 əlavə sinif otaqları, 100 saylı orta məktəbdə isə 20 əlavə sinif otağı olan  tədris korpuslarının inşası başa çatıb.  Təmir olunan məktəblər və tikilmiş əlavə sinif otaqları  hər cür maddi-texniki təchizatla təmin olunub. Həmçinin, 143 saylı orta məktəbdə 20 sinif otaqlı yeni tədris korpusunun tikintisinin də yaxın vaxtlarda yekunlaşması gözlənilir. 2013-cü ilin avqust ayından başlayaraq, Binəqədi qəsəbəsində 182 saylı orta məktəbin ərazisində 1300 şagird yerlik yeni məktəbin tikintisinə başlanılıb.
Bütün bunların dövlətimizin təhsilə dövlət qayğısının bariz göstəricisi olduğu və yüksək keyfiyyətli tədris üçün hər cür şəraitin yaradıldığı xüsusi vurğulandı.

Keçidlər