Şriftin ölçüsü :

Saytın rəngi :

Fikrət Əmirov adına 6 nömrəli 11 illik uşaq incəsənət məktəbinin əsaslı təmirdən sonra açılışı oldu

20 sentyabr 2013 | 10:00

Bakı, 18 sentyabr (AzərTAc). Sentyabrın 18-də Fikrət Əmirov adına 6 nömrəli 11 illik uşaq incəsənət məktəbinin əsaslı təmirdən sonra açılışı oldu.
AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin təhsilə, mədəniyyətə, incəsənətə daim böyük önəm verdiyini vurğuladı.
Nazir Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətə, incəsənətə, musiqi təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı.
Dahi bəstəkar, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin doğum gününün - sentyabrın 18-nin respublikamızda Milli Musiqi Günü kimi qeyd olunduğunu xatırladan nazir Azərbaycanda maraqlı tədbirlərin keçirildiyini söylədi.
Ə.Qarayev Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqi təhsilinin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən və onların əhəmiyyətindən də bəhs etdi.
Böyük bəstəkar Fikrət Əmirovun adını daşıyan 6 nömrəli 11 illik uşaq incəsənət məktəbi barədə fikirlərini bölüşən nazir, təhsil müəssisəsinə fəaliyyətində uğurlar arzuladı.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mədəniyyətimizə, incəsənətimizə, musiqi təhsilinə göstərilən dövlət qayğısından danışdı.
Bildirildi ki, Fikrət Əmirov adına 6 nömrəli 11 illik uşaq incəsənət məktəbi 50 ildən çoxdur fəaliyyət göstərir. Məktəbdə 400-dən çox şagird incəsənətin müxtəlif sahələri üzrə təhsil alır.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış oldular.

Keçidlər