Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

17 sentyabr 2013 | 10:00

Rayon ərazisində həftə ərzində (9-14 sentyabr) 99 ünvanda su borusunda təmir işləri aparılıb, 1 ədəd siyirtmə və 158 p/m su xətti dəyişdirilib. 76 ünvanda kanalizasiya şəbəkəsində axıntının qarşısı alınıb, 68 p/m xətt, 1 ədəd lük  dəyişdirilib.
7-ci mikrorayonda C.Xəndan küçəsində istilik xəttində d-600 mm 3 m boru dəyişdirilib. 8-ci mikrorayon 2a, 3a, 4a, 3 və 72, Naxçıvani 4a saylı binaların istilik xəttində dik dayaqlarda d-25 mm 42 m boru bərpa edilib, 8 ədəd siyirtmə təmir olunub.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb, 5 ədəd siyirtmə təmir olunub və 9 m boru dəyişdirilib.
M.Cəlal 103,121,41,27,141 saylı binaların istilik xəttində 11 ədəd ventil, aşağı paylama xəttində 69 m boru bərpa edilib.
270, 273 və 275 saylı qazanxanalarda cari təmir işləri aparılıb.  
Binəqədi QİS ərazisində 935 p/m qaz xətti çəkilib, 90 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
Yarımstansiya 94-də 6 kv fiderlər TM-23 və 26-da yağ açarında təmir və təftiş işləri aparılıb.TM-22-də korpus SİP kabellərinin AVVQ-95 markalı çıxış kabelləri qoşulub.  
8-ci mikrorayonda yüksək gərginlikli 820-646,370-746 saylı TM-də kabel xətti təmir olunub.
Xutor qəsəbəsində TM-359 və 1273 saylı TM-də SİP xətlərinin çəkilməsi davam etdirilir.
33 p/m kanalizasiya və 19 p/ m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
25 binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
9 binada çardaqlı dam örtüyünün quraşdırılması davam etdirilir.

Keçidlər