Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində seçkiyə hazırlıq müzakirə edildi

21 sentyabr 2013 | 10:00

2013-cü il sentyabr ayının 20-də Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar rayonun seçkiyə hazırlığına həsr olunmuş növbəti iclası keçirildi.
İclasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən seçkiyə hazırlıqla bağlı yerli icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələrin rayonda uğurla yerinə yetirildiyi, ümumiyyətlə bu istiqamətdə işlərinin başa çatdırıldığı bildirildi.
Seçkidə vətəndaşların sərbəst səs vermələrinin təmin edilməsi üçün dairə və məntəqə seçki komissiyalarında Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən lazımi texniki məsələlər həll edilib, seçki günü məntəqələrin enerji təminatında fasilələrin yaranmaması üçün aidiyyəti üzrə tapşırıqlar verildi.
Şura iclasında həmçinin  rayon ərazisində sakinlərin səsverməsi üçün əlverişli şəraitin yaradıldığı, Mərkəzi Seçki Komissiyasının razılığı əsasında  məntəqələrin dislokasiyasında dəyişikliklərin edildiyi və onların seçicilərə maksimum yaxınlaşdırıldığı, 15 yeni məntəqə binasının tikildiyi, məntəqələrin əksəriyyətinin təmir edildiyi, seçiciləri məntəqələrə aparan yollara və onların ətrfına asfalt  döşənildiyi bildirildi.
Görülən tədbirlərin qarşıdan gələn 9 oktyabr Prezident seçkilərinin normal şəraitdə keçirilməsini təmin edən amillərdən olduğu vurğulandı.
Sonda rayonda görülən quruculuq işləri və müşahidə olunan sosial-iqtisadi inkişafın fonunda digər məsələlər müzakirə olundu.

Keçidlər