Xocasən qəbəsində səyyar görüş keçirildi
2013-cü il sentyabrın 27-də 313 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Xocasən qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Səyyar görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 97 nəfər qəsəbə sakini iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Qəsəbə sakinlərindən Əhməd Hüseynov, Həsən Mehdiyev, Hidayət Əsgərov, Sədaqət Vəliyeva, İsrafil Ağayev və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.