27.02-02.03.2026-cı il tarixlərinə gözlənilən hava şəraiti haqqında məlumat
26 fevral 2026 | 10:55
Bakıda və Abşeron yarımadasında
Fevralın 27-si axşamdan martın 2-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.









