Şriftin ölçüsü :

Saytın rəngi :

18 saylı Bakı Peşə Liseyində tədris emalatxanasının və resurs mərkəzinin açılışı oldu

04 oktyabr 2013 | 10:00

2 oktyabr 2013-cü ildə Binəqədi rayonu 18 saylı Bakı Peşə Liseyində “Dülgər, xarrat-parket ustası” ixtisası üzrə “Bosch” Resurs Mərkəzi və  bərbər ixtisası üzrə tədris emalatxanasının açılış mərasimi keçirildi.
Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger və “Bosch” şirkətinin MDB və Gürcüstan üzrə regional direktoru Cordan Kostaf iştirak ediblər.
Təhsil Nazirliyinin və “Bosch” şirkətinin dəstəyi ilə Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi müvafiq istiqamətdə aparılan islahatların geniş ictimaiyyətə çatdırılması və gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə marağının artırılması, peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Həmçinin, Təhsil Nazirliyi və “Eldar studio” şirkətinin dəstəyi ilə “Müasir Azərbaycan peşəkarları layihəsi” çərçivəsində yaradılmış tədris emalatxanasında bərbər ixtisası üzrə yeni tələblərə cavab verən mütəxəssislər hazırlanacaqdır.
Tədris emalatxanası yeni texnologiyalar və avadanlıqlarla təchiz edilib və burada şagirdlərin öz ixtisaslarını mükəmməl mənimsəmələri üçün hər cür şərait yaradılıb.
Yekun imtahanda şagirdlərin nəzəri bilikləri ilə yanaşı, həm də praktiki bacarıqlarının yoxlanılması nəzərdə tutulub.

Keçidlər