Sakinlərin Müraciət Xidmətinə (1646) sentyabr ayında daxil olmuş müraciətlər
2013-cü ilin sentyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olmuş zənglərin sayı – 2021, birbaşa cavablandırılmış zənglərin sayı – 1901, yaradılmış əks əlaqələrin sayı – 2353, tərtib edilmiş sual vərəqələrinin sayı – 0, tərtib edilmiş şikayət vərəqələrinin sayı – 328 olub. Bundan əlavə icraçılıq səviyyəsi – 83,5 % olub.
Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində sentyabr ayı ərzində müraciətlərinin 328 -i və ya 17,2 %-i üzrə şikayət vərəqəsi tərtib edilib.
Şikayət xarakterli müraciətlərin 274 və ya 83,5 %-nin icrası təmin edilib, o cümlədən 250 və ya 92,2 %-i tam həll olunub, 24 şikayət və ya 8,7 % müvafiq izahat verilərək həll edilib, 54 və ya 16,4 %-nin həlli icraatdadır.
Sentyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə, müraciətlərin 111 və ya 33,8 %-i su-kanalizasiya, 43 və ya 13,2 %-i qaz təchizatı, 24 və ya 7,3%-i elektrik enerjisi, 32 və ya 9,7%-i lift problemləri, 60 və ya 18,2%-i yolların yararsız olması, 9 və ya 2,7%-i istilik təchizatı, 20 və ya 6,3%-i zibil və tullantılar ilə əlaqədar, 29 və ya 8,8%-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.