Rayon ərazisində son həftə ərzində aparılan abadlıq-quruculuq işləri
Rayon ərazisində həftə ərzində (30 sentyabr – 4 oktyabr) 115 ünvanda su borusunda təmir işləri aparılıb, 1 ədəd siyirtmə və 42 p/m su xətti dəyişdirilib.
217 ünvanda kanalizasiya şəbəkəsində axıntının qarşısı alınıb, 15 p/m xətt 2 ədəd lük dəyişdirilib.
Binəqədi QİS ərazisində ümumilikdə 1035 p/m qaz xətti çəkilib, 74 ədəd smartkart tipli sayğac quraşdırılılıb.
8-ci mikrorayonda 91 a, Naxçıvani 38 a və 4 saylı binaların kabel xətti təmir olunub.
Rəsulzadə qəsəbəsində 3 saylı binaya yeni paylayıcı şit quraşdırılıb.
6-cı mikrorayon Ş.Məmmədova küçəsində gərginlik aşağı olduğu üçün TM-520-dən əlavə kabel xətti çəkilib.
7-ci mikrorayon 18 a və 18 saylı binaların istilik xəttində d-25 mm 4 m dik dayaqlar bərpa edilibvə 2 ədəd siyirtmə dəyişdirilib.
8-ci mikrorayon 11 a, 1 v, 39 a, 39 b, 5, 74, 165 və 28 saylı binaların istilik xəttində dik dayaqlarda d-25 mm 30 m boru bərpa edilib, 4 ədəd siyirtmələr təmir olunub.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb.
M.Cəlal 45, 119, 55, 34 və 123 saylı binaların istilik xəttində 15 ədəd ventil, 4 ədəd siyirtmələr təmir edilib və aşağı paylama xəttində 86 m bərpa edilib.
Biləcər qəsəbəsi, məhəllə 5057/68-də 8, 9 və 36 saylı binalarda 9 ədəd ventil və 2 m boru dəyişdirilib dəyişdirilib.
270, 273 və 275 saylı qazanxanalarda cari təmir işləri aparılıb.
Yarımstansiya 94-də 6 kv fiderlər TM-23 və 26-da yağ açarında təmir işləri aparılıb, TM-22-də korpus SİP kabellərinin AVVQ-95 markalı çıxış kabellərinin qoşulması işi aparılıb.
25 binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
9 binada çardaqlı dam örtüyünün quraşdırılması davam etdirilir.
Həftə ərzində 13250 kv.m asfalt örtüyü çəkilib.