30.04-02.05.2023-cü il tarixlərinə gözlənilən hava şəraiti haqqında məlumat
30 aprel 2023 | 08:21
Bakıda və Abşeron yarımadasında
Aprelin 30-u axşamdan mayın 02-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 01-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Aprelin 30-dan mayın 01-nə keçən gecə və səhər, 02-də günün birinci yarısında, 03-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 02-03-də yarımadının bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Mayın 01-i gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.