30.08-01.09.2026-cı il tarixlərinə gözlənilən hava şəraiti haqqında məlumat
28 avqust 2026 | 09:13
Bakıda və Abşeron yarımadasında
Avqustun 30-u axşamdan sentyabrın 01-i səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, bəzi şəhərətrafı ərazilərdə dolu düşəcəyi, 31-i fasilələrlə yağan yağışın intensiv və güclü olacağı ehtimalı var.
Gözlənilən intensiv yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.
Şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.









