Şriftin ölçüsü :

Saytın rəngi :

31.07.2023-cü il tarixində qaz təchizatında fasilələr

31 iyul 2023 | 09:35

31.07.2023-cü il tarixində saat 12:00 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsi "Elnur-inşaat" və Aptek ilə üzbəüz ərazilərdə, "Kənan" market və "Coca-cola"nın yaxınlığındakı ünvanlarında istismarı dayandırılmış 4 ədəd qaz tənzimləyici şkafın yenisi ilə əvəz olunması, payız-qış tədbirlər planına əsasən, Sulutəpə qəsəbəsi, döngə 11, 12, 16 ünvanlarında siyirtmənin dəyişdirilməsi, Sulutəpə ərik bağları ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması və 7 ədəd qaz sayğacının yeni çəkilmiş qaz xəttinin üzərinə köçürülməsi məqsədi ilə əlaqədar Binəqədi rayonunun 10000 abonentinin mavi yanacaqla təchizatında fasilə yaranmışdır.

Keçidlər