Musiqi Günü
18 sentyabr 2012-ci il tarixində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 127 ili tamam olur.
Xalqımızın dahi bəstəkarı, müasir Azərbaycan professional musiqi sənətinin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun anadan olmasının 127 illiyini öz böyük oğluna dərin minnətdarlıq və məhəbbət hissi ilə qeyd edir. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyovun misilsiz xidmətlərini nəzərə alaraq, onun yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək üçün 1995-ci ildə imzaladığı Fərmanla hər il sentyabrın 18-də Milli Musiqi günü keçirilməsi barədə qərar vermişdir.
18 sentyabr sentyabr 2012-ci il tarixində 182 saylı tam orta məktəbin akt zalında R.Aboyev adına mədəniyyət və istirahət parkının və Binəqədi Mərkəzi mədəniyyət evinin kollektivlərinin təşkilatçılığı ilə “Milli musiqimiz milli sərvətimizdir” adlı Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş rəngarəng çıxışlarla dolu tədbir təşkil olunmuşdur.