Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik günü

16 sentyabr 2012 | 10:00

15 sentyabr 2012-ci il tarixində Rayonun 32 orta ümumtəhsil məktəblərinin hamısında “15 sentyabr - Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilmişdir.
Yeni tədris ilinin başlanması ilə əlaqədar rayonun 3, 100, 102,126, 244, 246, 276 və 284 saylı məktəblərdə əsaslı təmirdən sonra açılış mərasimləri keçirilmişdir.
Eyni zamanda 244 və 246 saylı orta məktəblərdə cari ildə əsaslı təmir işləri aparılmaqla hal-hazırda hərəsində 32 əlavə sinif otaqları olan tədris korpuslarının inşası həyata keçirilir. İnşa işlərinin 2012-ci ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.
Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı orta məktəbdə bərpa-gücləndirmə və əsaslı təmir işləri başa çatdırılmış, əlavə 20 sinif otaqlı tədris korpusunun tikintisi isə davam etdirilir.
Yenə Rəsulzadə qəsəbəsində yerləşən 143 saylı orta məktəbdə 20 sinif otaqlı yeni tədris korpusunun tikintisinə başlanılmış, bu da sözügedən məktəbdə həm akt, həm də idman zalının olması ilə bərabər bir növbəli dərs sisteminə keçidi də təmin edəcəkdir.
Əsaslı təmir aparılan 3, 100, 102, 126, 244, 246, 276 və 284 saylı tam orta məktəblərdə isə açılış mərasimləri təşkil olunmuşdur.
3, 102 və 276 saylı məktəblərin bayram tədbirlərində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov tədbir iştirakçılarını təbrik edərək dövlət və dövlət rəhbəri tərəfindən bu gün təhsilə göstərilən dövlət qayğısından bəhs edərək, belə gözəl şəraiti olan məktəblərin şagirdlərindən gözəl nəticələr gözlədiyini vurğulayıb.
Qeyd edək ki, açılış mərasimlərində həmçinin Binəqədi rayonundan millət vəkilləri seçilmiş Madər Musayev və Rafael Cəbrayılov da iştirak etmişdir.
Xocasən qəsəbəsində yerləşən 103 saylı orta məktəbdə isə 32 sinif otaqlı 640 şagird yerlik əlavə tədris korpusunun açılışı olmuşdur.
Təmirdən sonra şagirdlərin istifadəsinə verilən digər məktəb - 100, 126, 244, 246 və 284 saylı məktəblərin açılış mərasimlərində Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişlər.
 

Keçidlər