İcra Hakimiyyətinin başçısı Biləcəri sakinləri ilə görüşdü
14 sentyabr 2012-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsi, 297 saylı orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Biləcəri qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Görüşdə başçı ilə yanaşı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə və xidmət sahələrinin rəhbərləri, habelə rayonun mənzil – kommunal təsərrüfatı müəssisələrinin rəhbərləri iştirak etmişlər. Görüşdə 188 nəfər sakin iştirak etmişdir.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə məlumat verdi.
Qəsəbə sakinlərindən – Kazımlı Mirkazım, Əsgərov Həsən, Əliyev Valeh, Hacıyeva Sevda, Abdullayeva Gülbəniz, Hüseynova Aybəniz, Əliyev Bikəxanım, Süleymanov Əjdər, İbrahimov Nazim, Hacıyev Cəbrayıl, Ağamir Sultanov, İmanova Şəhla, Bayramov Asəf, Seyidov Abdulla, Abdullayev Zakir, Quliyeva Lalə, Heybətova Simuzər, İslamov Rza, Məmmədova Aybəniz, Kərimov Valeh çıxış edərək qəsəbə və yaşadıqları məhəllədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.