Mərkəzləşdirilmiş Kitabxana Sistemi "Səyyar kitabxana" aksiyasına start verdi.
Sentyabrın 12-si saat 16:00-dan etibarən Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Poladtökmə” ASC zavodunda “Səyyar kitabxana” aksiyasına start verildi.
Keçirilən aksiyanın məqsədi – kitabxana fəaliyyətinin yaxşılaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi və yeni oxucuların kitabxanaya cəlb edilməsidir. Aksiyada Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondundan müxtəlif mövzularda kitablar sərgilənmişdir. Bundan başqa, oxucuların tələbatlarını ödəmək üçün onlara “Təkliflər kitabı” təqdim olunmuşdur.
Qeyd edək ki, “Səyyar kitabxana” aksiyasının Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən davamlı olaraq Binəqədi rayonunun bir sıra müəssisələrində keçirilməsi nəzərdə tutulmuşdur.