Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti uşaqları sevindirdi.

12 sentyabr 2012 | 10:00

11 sentyabr 2012-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 83 saylı məktəb-liseyin akt zalında 15 sentyabr – Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə şəhid, əlil, aztəminatlı və məcburi köçkün ailələrindən olan məktəblilərlə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə uşaqları təbrik etmiş, onlara uğurlar və dərslərində müvəffəqiyyətlər arzu etmişdir.
Daha sonra Azərbaycan Respublikası Uşaq Fondunun Binəqədi rayon şöbəsinin sədri Esmiralda Rəhimova, Qarabağ Əlilləri Cəmiyyətinin sədri İlham Qayıbzadə, Əlil Qadınlar Cəmiyyətinin rayon şöbəsinin sədri Tamara Hacıyeva və başqaları çıxış edərək Rayon İcra Hakimiyyətinə daima göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdilər.
Sonda isə rayon ərazisində yaşayan şəhid, əlil, aztəminatlı və məcburi köçkün ailələrindən olan 110 nəfər məktəbliyə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən məktəbli çantası, dərs ləvazimatları və maddi köməklik təqdim olunmuşdur.
 

Keçidlər