Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqilliyin 21-ci ildönümü qeyd olundu.

19 oktyabr 2012 | 10:00

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının iyirmi birinci ildönümünə həsr olunmuş “Azərbaycan dövlət müstəqilliyinin 21 ili: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
İdarə, təşkilat, müəssisə və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru professor Asəf Zamanov tədbir iştirakçılarını təbrik edərək, müstəqillik tarixinə qısa nəzər salıb.
Digər çıxış edənlər AMEA-nın prezidentinin müşaviri, akademik Asəf Nadirov “Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası”, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov “21 il və regionların infrastrukturunun formalaşması, “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə isə “Azərbaycan mətbuatı müstəqillik illərində” mövzularında məruzə ilə çıxış etdilər.
Sonda Rayon Gənclər və İdman İdarəsi tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Müstəqillik illərində Azərbaycanın neft strategiyası” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
 

Keçidlər