Bayrağımız dövlət suverenliyimizin rəmzidir
2012-ci il noyabrın 8-də Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Bayrağı Günü qeyd edildi.
Dövlət Bayrağı Gününə həsr olunmuş sərgiyə baxışla başlanan tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tamilla Hacıyeva açaraq Azərbaycanda üçrəngli dövlət bayrağının keçdiyi tarixi yol haqqında tədbir iştirakçılarına məlumat verdi. Bildirildi ki, ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə,ikinci dəfə 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək, Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSRİ Ali Soveti qarşısında qaldırdığıüçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət 1991-ci il fevral ayının 5-də təmin olunub.
Sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov bayrağımızın millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzidir olduğunu və Azərbaycan bayrağının Azərbaycan vətəndaşlarının namus və qeyrət emblemi olduğunu diqqətə çatdırdı.Bugün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bayrağımızın beynəlxalq arenada şərəflə dalğalandığını xüsusi vurğuladı.
Daha sonra rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilən inşa yazı, şeir və rəsm müsabiqələrinin qalibləri Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırıldı.
Tədbir qiraət müsabiqəsinin qaliblərinin çıxışı ilə yekunlaşdı.