Rayon İcra Hakimiyyətinin başçısı Rəsulzadə qəsəbə sakinləri ilə görüşdü
2012-ci il noyabrın 8-də tarixdə Məmməd Əmin Rəsulzadə qəsəbəsi, 30 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, xidmət sahələrinin rəhbərləri, habelə rayonun mənzil – kommunal təsərrüfatı müəssisələrinin rəhbərləri və 132 nəfər sakin iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq 9 noyabr “Bayraq” günü münasibətilə sakinləri təbrik etdi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə məlumat verdi.
Qəsəbə sakinlərindən – Abbasov Mehman, Gözəlov Famil, Əsədov Hüseyn, Həsənov Dilqəm, Rüstəmov Heydər, Həsənzadə Fuad, Əmiraslanov Tamerlan, Əliyev Ənvər, İsayev Məhəmməd və başqaları çıxış edərək qəsəbə və yaşadıqları məhəllədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.