Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiyamız ali qanunumuzdur

13 noyabr 2012 | 11:00

2012-ci il noyabrın 12-də Binəqədi Rayon İcra Hakimiyyətində Konstitusiya Günü qeyd edildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik edərək, Konstitusiyanın qəbulunun hər bir xalqın tarixində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi . Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə referenduma çıxarılan Konstitusiyamızın dövlətin fəaliyyətinin əsas prinsiplərini, demokratik dövlət ‎quruculuğu prosesinin başlıca istiqamətlərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etdiyini, ‎Konstitusiyanın üçdə bir hissəsini təşkil edən insan hüquq və azadlıqlarına dair müddəalar beynəlxalq hüquqi ‎sənədlərdə təsbit olunmuş insan hüquqlarına dair normalarla uyğunluq təşkil etdiyini vurğuladı.
Məruzə ilə çıxış edən Binəqədi Rayon prokuroru, ədliyyə müşaviri Nazim İmanov, Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev, Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Ceyhun Axundov Konstitusiyanın qəbulundan sonra ölkədə bir çox sahələrdə, xüsusən hüquqi dövlət quruculuğu və insan haqları ‎sahəsində əhəmiyyətli dəyişikliklər baş verdiyini söylədilər.28 may 1918-ci ildə qəbul edilən və Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edən 6 bənddən ‎ibarət İstiqlal bəyannaməsinin Azərbaycanın tarixində ilk konstitusiya aktı olduğu deyildi. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq referendum nəticəsində Konstitusiyamızın qəbul edildiyi bildirildi.
Sonda Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon tələbələri arasında keçirilmiş “Konstitusiya - əsas qanunumuzdur” adlı bilik yarışmasının qaliblərinə diplom və mükafatlar təqdim olundu.
 

Keçidlər