Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Biləcəri qəsəbə sakinləri ilə görüşdü

22 noyabr 2012 | 11:00

21 noyabr 2012-ci il tarixdə Biləcəri qəsəbəsi 284 saylı məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Biləcəri qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə və xidmət sahələrinin rəhbərləri, habelə rayonun mənzil – kommunal təsərrüfatı müəssisələrinin rəhbərləri və 225 nəfər sakin iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə məlumat verdi.
Qəsəbə sakinlərindən –Tağıyeva Esmira, Vəzirov Fazil, Vəliyev İlham, Teymurova Nəzakət, İsayeva Rahilə, Əhədova Elnarə, Hacıyeva Səngül və başqaları çıxış edərək qəsəbə və yaşadıqları məhəllədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi
 

Keçidlər