Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti Milli QHT Forumu ilə birlikdə seminar keçirdi

28 noyabr 2012 | 11:00

27 noyabr 2012-ci ildə Azərbaycan Milli QHT Forumu “Əlillərin və sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində növbəti seminarını həyata keçirdi.
Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Vüsar İsmayılov açaraq tədbirin mahiyyəti haqqında məlumat verdi. Öz çıxışında rayonda mütəmadi olaraq tikinti-quruculuq, abadlıq işləri aparıldığını və bunun nəticəsi olaraq Azadlıq prospektində çəkilən altı zolaqlı yol xəttinin bir xəttinin əlillər üçün nəzərdə tutulacağını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov eyni zamanda, əlillərin vəziyyətinin daim icra hakimiyyətinin diqqət mərkəzində saxlandığını, xüsusilə bayramlarda onlara yardımların göstərildiyini vurğuladı.
Sonra layihənin slayd təqdimatı oldu. Milli QHT Forumunun prezidenti Rauf Zeyni layihə haqqında qonaqları ətraflı məlumatlandıraraq qeyd etdi ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Layihədən əsasən əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaqdır.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayev də çıxış edərək, bu sahədə dövlət siyasətinin istiqamətləri və priaritetləri haqqında qısa məlumat verdi və vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fəaliyyətini dəstəklədiklərini nəzərə çatdırdı.
Daha sonra Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə, “Həsrət yolu” Əsir və Girovlara Kömək İB-nin sədri Esmira Orucova və başqaları çıxış edərək mövzuyla bağlı öz fikirlərini bildirdilər.
Tədbir zamanı həmçinin sağlamlıq imkanları məhdud olan insanların şikayətləri də dinlənildi.
 

Keçidlər