Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniyaya yox deyək!

29 noyabr 2012 | 11:00

28 noyabr 2012-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 284 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Biləcəri Bələdiyyəsinin, Biləcəri qəsəbə nümayəndəliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan 284 saylı tam orta məktəbin direktoru Təşkilat Əliyev orta məktəblərin şagird və müəllimlərinə narkomaniyanın cəmiyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün nələrə diqqət yetirilməsi, narkotiklərə aludə olmağın nəticələri və s. haqqında məlumat verdi. Daha sonra Binəqədi RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov hazırda dövlət tərəfindən narkomaniyaya qarşı aparılan mübarizədən danışdı. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğuladı.
Tədbirdə narkomaniyaya səbəb olan amillər və onların yaratdığı fəsadlardan bəhs olunan 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin məktəb teatrı və bədii-qiraət dərnəyinin üzvlərindən ibarət teatr tamaşası, rəsm sərgisi, eyni zamanda narkomaniya ilə bağlı hazırlanmış video-çarx təqdim edildi.
Tədbirdə 150 nəfər məktəbli iştirak edirdi.
 

Keçidlər