Binəqədi rayonunda abadlıq-quruculuq işləri uğurla davam etdirilir
2012-ci ilin 01-07 dekabr tarixlərində Binəqədi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 1260 metr D-110 mm-lik su kəməri, 16 ədəd siyirtmə dəyişdirilib, 1 ədəd nasos təmir olunub.
Eyni zamanda, 650 metr kanalizasiya simlə, 160 metr kanalizasiya xüsusi mobil aqreqatla yuyulmuş, 45 m yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir.
Həmçinin, 7-ci mikrorayonda fərdi yaşayış evlərinin təchizatının yaxşılaşdırılması üçün 630 kVa gücündə kompleks transformator məntəqəsi quraşdırılıb.
Binəqədi kəndində C.Cabbarlı və Gülüstan küçələrində TM-906 və 213-də yenidənqurma işlərinə başlanıb, hal hazırda işlər davam etdirilir.
Elektrik təchizatı sahəsində Novxanı yolunda və yanar dağın ətrafında 630 kva-lıq transformator quraşdırılıb. Biləcəri qəsəbəsində R. İsmayılov və Asəf Zeynallı küçələrinin genişlənməsi ilə bağlı 14 ədəd 04 dayaq və 8 ədəd yüksək gərginlikli xəttin dayağı dəyişdirilib. Ordubadi və Asəf Zeynallı küçələrində TM5, TM14 və TM10 transformatorları sökülüb yenidən tikilir. Rəsulzadə qəsəbəsində d100-mm-lik 950 p/m qaz xətti və 350 ədəd sayğac dəyişdirilib. 7-ci mikrorayonda 310, 6-cı mikrorayonda 120 sayğac dəyişdirilib.
Əhalinin qazla təchizatını yaxşılaşdırmaq məqsədilə Biləcəri qəsəbəsində 1350 p/m 100 düymə qaz xətti çəkilib, 850 sayğac dəyişdirilib. Xocəsən qəsəbəsində 820 p/m 57, 76, 100 düymə qaz xətti çəkilib, 180 sayğac dəyişdirilib. Binəqədi qəsəbəsində 470 p/m 57, 76, 100 düymə qaz xətti çəkərək, 140 sayğac dəyişdirilib.
Aboyev parkında və Azadlıq Prospektində əkilən ağacların dibi boşaldılmış, 7 və 8-ci mikrorayonlarda qurumuş və təhlükəli ağaclar kəsilmiş və budanmışdır.
Rayon ərazisindəki 60 sot qazon biçilmiş, Bakı-Sumqayıt yolunda 100 ədəd ağac, 1000 ədəd kol əkilmişdir.
Rayonda 145 ədəd mənzilin tüstü bacası təmizlənib, 375 mənzildə isə tüstü bacalarına baxış keçirilib.
Binaların damında quraşdırılmış 200 ədəd bak sistemdən ayrılmış, 45 ədədi isə götürülmüşdür.
6, 7 və 9-cu mikrorayonlarda 45 binanın zirzəmisində 135 p/m su və 108 p/m kanalizasiya xətləri dəyişdirilib.
7 və 9-cu mikrorayonlarda və Biləcəri qəsəbəsində 6500 m2 asfalt vurulub.
7-ci mikrorayonda 11b, 5v, 28a, 6 və 9/33 yaşayış binalarının zirzəmisində d76 mm-lik 13,5 p/m, d89 mm-lik 6 p/m, d159 mm-lik 6 p/m boru dəyişdirilib. 8-ci mikrorayonda 28, 32, 71, 11a, 72, 87 saylı yaşayış binalarının zirzəmisində d57 mm-lik 58,5 p/m boru dəyişdirilib. Azadlıq prospektində 14, 18, və 24 saylı yaşayış binalarının zirzəmisində d159 mm-lik 4 p/m , d76 mm-lik 6 p/m, d40 mm-lik 2 p/m boru dəyişdirilib.
Görülən abadlıq-quruculuq işləri hal-hazırda da davam etdirilir.