Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində son bir həftə ərzində aparılan abadlıq-quruculuq işləri haqqında

15 dekabr 2012 | 11:00

Son həftə ərzində (7-14 dekabr) rayon ərazisində ümumilikdə 66 yerdə su axıntıları olan boruların və 3 nasosxananın təmiri aparılmışdır.
Eyni zamanda 97 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb. Həmçinin 80 p/m su xətti və 1 dəst kanalizasiya şəbəkəsi üzrə lük dəyişdirilib.
Biləcəri qəsəbəsində 15 ədəd SİP dayaq yolun kənarına çıxarılıb, 251 saylı KTM-də montaj işləri aparılıb, 400 kVa transformator 630 kVa transformatorla əvəz edilib, A.Zeynallı küçəsinə yeni kabel çəkilib, TM-10, TM-14, TM-5-də yenidənqurma işləri aparılır. M.Cəlal küçəsi TM-734 103 saylı binada elektrik təchizatı yenidən quraşdırılıb, 800 p/m 4*25 mm2 kabel, 2 ədəd giriş paylayıcı lövhəsi dəyişdirilib. Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivində 0,4 kv-luq AS markalı çılpaq naqillər SİP xətti ilə əvəz olunub istismara verilib. H.Babaşov küçəsi 14, 15, 16 saylı binaların giriş paylayıcı elektrik lövhələri dəyişdirilib.
Sulutəpə qəsəbəsində 1890 p/m, Rəsulzadə qəsəbəsində 460 p/m, Meliorasiya deyilən ərazidə 750 p/m, Biləcəri qəs-də 2197 p/m, Binəqədi qəsəbəsində 1617 p/m qaz xətti çəkilmiş və işlər davam etdirilir. Binəqədi QİS-i TTX tərəfindən 180 p/m qaz xətti çəkilib. Ümumilikdə, Binəqədi QİS-in ərazisində 6914 p/m qaz xətti çəkilib.
Biləcəri qəsəbəsində 291 ədəd ağac əkilib, R.Aboyev, R.İsmayılov küçələrində, Heydər Əliyev, Zərifə Əliyeva parklarında təmizlik işləri aparılıb, ağaclar budanıb.
“AZƏRİSTİLİKTƏCHİZAT” 3 saylı Rayon İstilik Qazanxanasında II qazanda 12 metr boru dəyişdirilib. 7-ci mikrorayonda 9/25 saylı yaşayış binasında 1,5 m boru, 9a və 1b saylı yaşayış binalarında 5 m dayaq dəyişdirilib. 8-ci mikrorayonda 5, 19, 20, 81 saylı yaşayış binasında, 177, 193 saylı uşaq bağçasında cəmi 20 m dayaq, 4a, 24 saylı yaşayış binasında cəmi 7 m boru dəyişdirilib. Naxçıvani küçəsi, 26 saylı yaşayış binasında 3 m boru, 28 saylı yaşayış binasında dayaqlar dəyişdirilib. 9-cu mikrorayonda 63, 69, 89, 109 saylı yaşayış binalarında 6,5 m boru, 13, 21, 49, 45, 55, 43 saylı yaşayış binalarında 28 m istilik xətti dəyişdirilib. 253 saylı qazanxanada dik dayaqlar, istilik quyusunun siyirtməsi və 205 saylı qazanxanada qaz xətti bərpa olunub.
6, 7, 8, 9-cu mikrorayonlar ərazisində 2425 m2 yumşaq dam örtüyü əsaslı təmir edilib, pilləkən qəfəslərində 116 m2 pəncərə və 35 m2 qapı cari təmir edilmişdir. 7 binada çardaqlı dam örtüyünün quraşdırılması sona çatdırılmaq üzrədir.
Ümumilikdə, 2260 m2 asfalt örtüyü çəkilib, 3 ədəd xeyir-şər evinin tikintisi davam etdirilir, 30 binanın fasadında əsaslı təmir işləri aparılır.
Görülən işləri hal-hazırda da davam etdirilir.
 

Keçidlər