Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında 2013-cü ilin ilk şura iclası keçirildi

18 yanvar 2013 | 11:00

2013-cü il yanvarın 17-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2013-cü il üçün İş planına uyğun olaraq 2012-ci ilin yekunu üzrə Rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların müraciətlərinə baxılmasının və sənədlərlə işin vəziyyəti haqqında və 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görülən işlər barədə hesabatın Şura iclası keçirildi.
Gündəlikdə duran birinci məsələ haqqında Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov məruzə edərək 2012-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə, 4381 müraciət daxil olduğunu, müraciətlərindən 2814-nün ərizə, 1556-nın şikayət və 11-nin təklif olduğunu diqqətə çatdırdı.
Müraciətlərin əsasən 52%-nin mənzil məsələləri, 9,6%-nin əmək və əhalinin sosial müdafiəsi məsələləri, 7,8%-nin su-kanalizasiya, qaz, enerji və istilik problemləri ilə bağlı məsələlər, 4,5%-nin nəqliyyat məsələləri, 7%-nin qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, 4,6%-nin ailə-məişət məsələləri, 3% dövlət qulluğu və kadr məsələləri və 11,5% digər mövzular ilə əlaqədar olduğu bildirildi.
Gündəlikdə duran digər məsələ ilə əlaqədar Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Ramiz Göyüşov məruzə ilə çıxış edərək Respublika Prezidentinin təşəbbüsü ilə 04 may 2011-ci ildə təsdiq edilmiş Dövlət Proqramında Binəqədi rayonuna aid 77 bənd nəzərdə tutulduğunu, bu tədbirlərin 38-nin təhsil sahəsinə, 5-nin səhiyyə, 2-nin mədəniyyət, 3-nün idman, 2-nin ekologiya, 7-nin su və kanalizasiya təsərrüfatı, 4-nün istilik təsərrüfatı, 6-nın sahibkarlığın inkişafı sahəsinə, 10-nun isə digər sahələrə aid olduğunu bildirilib.
Bu tədbirlərin 13-nün icrası 2011-ci ildə, 19-nun icrası 2012-ci ildə, 45-nin icrası isə 2013-cü ildə başa çatması planlaşdırılıb.
2012-ci ildə rayonda proqramın icrası ilə əlaqəddar xeyli işlər görülüb. Belə ki, 102, 3, 276, 246, 284, 126, 244 və 100 saylı məktəblər əsaslı təmir edilərək yeni dərs ili ərəfəsində şagirdlərin istifadəsinə verilmiş, 244, 100, 246 və 143 saylı məktəblərdə yeni tədris korpuslarının tikintisinə başlanmış, 103 nömrəli məktəb üçün 640 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmiş, 153, 159, 274, 298 saylı uşaq bağçalarında təmir işlərinə başlanmış, 3 uşaq bağçasının binaları yararsız vəziyyətdə olduğu üçün həmin binalar tamamilə sökülmüş və hazırda həmin bağçalar üçün (211,294 və 86) yeni bina inşa edilir.
11 saylı uşaq musiqi məktəbi üçün yeni bina tikilmiş, F.Əmirov adına 6 №li uşaq musiqi məktəbində əsaslı təmir işləri davam etdirilir.
Rayonun qəsəbələrinin və 6-cı və 7-ci mikrorayonların təbii qaz təchizatının yaxşılaşdırılması üçün 42 ünvanda 267,8 km uzunluğunda orta təzyiqli müxtəlif diametrli qaz xətləri çəkilmiş, 34280 ədəd mexaniki qaz sayğacı smartkart tipli qaz sayğacları ilə əvəz edilmiş, 110/35/6 kV-luq 3 yarımstansiya yenidən qurulmuş, 6 və 10 kV-luq Transformator məntəqələrinin təmiri və tikintisi aparılmış, 303 saylı Transformator məntəqəsi tikilmiş və kabel xətti çəkilmiş, 983 saylı KTM əvəzinə 9 kameralı Transformator məntəqəsi tikilmiş və kabel xətti çəkilmiş, 1029 nömrəli KTM əvəzinə 8 kameralı Transformator məntəqəsi tikilmiş və kabel xətti çəkilib.
6-cı mikrorayonda və 3205-ci məhəllədə 2 istilik məntəqəsi modernləşdirilərək qazanxanaya çevrilmiş, 66 binanın aşağı paylama istilik xətləri yenidən qurulmuş, 4 uşaq bağçası üçün istilik mənbəyi yaradılmış, həmin obyektlər qazlaşdırılmış, aşağı paylama və daxili istilik xətləri təmir edilmiş, Binəqədi qəsəbəsində 160-600mm diametrlik 12119p/m uzunluğunda kanalizasiya, 5737p/m uzunluğunda isə müxtəlif diametrli su xətləri çəkilmiş, Biləcəri qəsəbəsində 2528p/m uzunluğunda diametri 200mm olan kanalizasiya və diametri 315 mm olan 4687 p/m uzunluğunda su xətti quraşdırılıb.
Rayon qəsəbədaxili, qəsəbələrarası, məhəllədaxili yolların asfaltlanması istiqamətində xeyli işlər görülmüş, “Azəryolservis” ASC xətti ilə Biləcəri, Rəsulzadə, Binəqədi və Xocasən qəsəbələrində 32,1 km yola asfalt örtük çəkilmiş, Binəqədi şossesinin, 4№li ETK-ın qarşısından keçən yol, Binəqədi-Novxanı, Binəqədi-Mehdiabad, Xocasən qəsəbəsində Dəyirman yolu, Biləcəri qəsəbəsində Asəf Zeynallı və Yəhya Hüseynov küçələri yenidən qurulmuşdur və bu işlər davam etdirilir.
Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyinin xətti ilə Proqram çərçivəsində Rəsulzadə, Biləcəri və Binəqədi qəsəbələrində bir sıra küçələrə asfalt döşənmiş və ümümilikdə 100,3 min kv metr sahəyə asfalt çəkilib.
Mənzil Kommunal Departamenti tərəfindən 124,3 min kv.metr məhəllədaxili sahəyə asfalt örtük döşənmiş, məhəllədaxili ərazilər işıqlandırılıb.
Qeyd olunanlardan əlavə Dövlət Proqramı çərçivəsində Xocasən qəsəbəsində bir poçt binası tikilmiş, internet xidmətinin tutumu 8832 port artırılmış, rayon baytarlıq sahəsində yeni bina tikilmiş, Sulutəpə qəsəbəsində sutkalıq gücü 25 ton olan çörəkbişirmə müəssisəsi istifadəyə verilmiş, 6 №li Mərkəzi Şəhər Xəstəxanasında, 6 №li uşaq musiqi məktəbində əsaslı təmir işləri aparılır. 7-ci mikrorayonda mini stadion tikilib istifadəyə verilmiş, gənclər mərkəzində tikinti işləri davam etdirilir.
Daha sonra məruzələr ətrafında Rayon təsərrüfatı şöbəsinin müdiri Qüdrət Seyfullayev, 179 saylı orta məktəbin direktoru Kəmalə Abdullayeva, 219 saylı uşaq bağçanın müdiri Vəfa Quliyeva çıxış etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı sadalanan problemlərin aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar verdi və qeyd olunan məsələlər Şuranın müvafiq protokoluna daxil edildi.
Sonda görülən işlər və qarşıda duran həlli vacib olan məsələlərin icrası ilə bağlı qərar qəbul edildi.
 

Keçidlər