Şriftin ölçüsü :

Saytın rəngi :

28 May qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2012-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

18 yanvar 2013 | 11:00

2013-cü il yanvarın 17-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2012-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Ərazi üzrə xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən iclası giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq rayonda aparılan abadlıq və quruculuq işlərindən söz açdı.
Sonra 28 May qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndə Əlipaşa Xankişiyev 2012-ci il ərzində nümayəndəlik tərəfindən görülmüş işlər haqqında hesabat verdi.
Məruzələr bitdikdən sonra iclasda hesabat ətrafında müzakirələr aparıldı. Qəsəbə sakinləri adından M.Əsgərov, Q.Güləliyev və S.Adıgözəlov çıxış edərək onları narahat edən bir çox problemləri qaldırdılar. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov vətənadaşların qaldırdıqları problemlərə münasibət bildirdi və onları maraqlandıran suallara cavab verdi.
Hesabat yığıncağının yekununda qərar qəbul olundu.
 

Keçidlər