Rəsulzadə qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2012-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
2013-cü il yanvarın 15-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Məmməd Əmin Rəsulzadə qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2012-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Ərazi üzrə xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən iclası giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qəzənfər Novruzov açaraq rayonda aparılan abadlıq və quruculuq işlərindən söz açdı.
Sonra Məmməd Əmin Rəsulzadə qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndə Mübariz Məmmədov 2012-ci il ərzində nümayəndəlik tərəfindən görülmüş işlər haqqında hesabat verdi.
Məruzələr bitdikdən sonra iclasda hesabat ətrafında müzakirələr aparıldı. Qəsəbə sakinləri adından E.Hüseynova, V.Abbasov, Y.Abbasova və Q.Zeynalova çıxış edərək onları narahat edən bir çox problemləri qaldırdılar. Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qəzənfər Novruzov vətəndaşların qaldırdıqları problemlərə münasibət bildirdi və onları maraqlandıran suallara cavab verdi.
Hesabat yığıncağının yekununda qərar qəbul olundu.