Gözlənilən hava şəraiti haqqında məlumat
15 mart 2022 | 11:00
Bakıda və Abşeron yarımadasında
Martın 16-da arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, Abşeron yarımadasının əsasən şimal hissəsində qısa müddətə sulu qara keçməsi ehtimal edilir. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək. Proses axşama doğru tədricən səngiyəcək. İqlim normasından 3°-dək aşağı olan temperatur rejimi davam edəcək .