İnfrastruktur
İnfrastruktur
Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin davamlılığı təmin edilir. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, istehsal, sosial infrastrukturun yenidən qurulması və digər kompleks islahatlar Azərbaycan iqtisadiyyatının inkişafını təmin edən başlıca komponentlərdən biridir. Dövlət başçısının vurğuladığı kimi, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır.
Ölkə ərazisində gedən bu inkişaf Binəqədi rayonunda da uğurla davam etdirilir. Son bir neçə il ərzində rayon ərazisində bir çox infrastruktur obyektlerinin açılışı olmuşdur. Belə ki, Azəryolservis ASC-nin inzibati binasının açılışı, Metronun “Avtovağzal” “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarının açılışı, Bakı Avtovağzal Kompleksinin açılışı, Bakı Tennis Akademiyasının açılışı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışı, Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurulması, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidənqurulması, Respublika Atıcılıq Mərkəzinin açılışı v.s. kimi əlamətdar hadisələr rayonun infrastruktur sahəsində böyük irəliləyişinə səbəb olmuşdur. Bu infrastruktur obyektlərinin açılışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Ölkə rəhbərliyinin bütün respublika ərazisində yol infrastrukturunun inkişaf etdirilməsi və yenidən qurulması istiqamətindəki tapşırıqlarına uyğun olaraq Binəqədi rayonunda da əsas və qəsəbədaxili yollarda təmir işləri aparılmışdır. Belə ki, 2018-ci ildə Biləcəri qəsəbəsində 33338 kv.m, M.Ə.Rəsulzadə qəsəbəsində 16400 kv.m asfalt örtüyü salınmışdır. İl ərzində rayon ərazisində ümumilikdə 49738 kv.m asfalt örtüyü salınmışdır.
Əhalinin enerji, su-kanalizasiya və digər kommunal xidmətlərlə təminatı sahəsində də bir çox işlər görülmüşdür. 2018-ci il ərzində 7896 p/m yeni qaz xətti çəkilmiş, 7 ədəd yeni şkaf tipli qaz tənzimləyici məntəqə quraşdırılmış, 2061 ədəd mexaniki sayğaclar smart-kart tipli qaz sayğacları ilə əvəz edilmişdir. Eyni zamanda istismara yararsız qaztənzimləyici şkafların yeni müasir tipli qaztənzimləyici məntəqələrlə əvəz olunması qaztənzimləyici stansiyaların ətrafının abadlaşdırılması, yerüstü magistral qaz xətlərinin boyanması və bəzi yerlərdə əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün yeni qaztənzimləyici məntəqələrin quraşdırılması və siyirtmələrin təftiş olunması işləri həyata keçirilmişdir. Sakinlərin çoxsaylı müraciətləri nəzərə alaraq Çiçək yaşayış massivində 700 p/m yeni qaz xətti çəkilərək sakinlərin istifadəsinə verilmişdir. Bundan başqa M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı tam orta məktəbin qarşısında Azəriqaz İstehsalat Birliyi tərəfindən yeni qaz xəttinin çəkilməsi işləri həyata keçirilmişdir.
Rayon üzrə əhalinin içməli su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması istiqamətində bir sıra zəruri əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir. Rayon ərazisində müxtəlif ünvanlarda ümumilikdə 3485 p/m müxtəlif diametrli yeni su xətti çəkilmiş və sakinlərin istifadəsinə verilmişdir. Su xətləri üzrə 43 ədəd yeni siyirtmə quraşdırılmış, müxtəlif markalı 29 ədəd nasos, 21 ədəd müxtəlif markalı elektrik mühərriki təmir olunmuş, 392 p/m kanalizasiya xətti dəyişdirilmiş, həmçinin 21134 p/m müxtəlif diametrli kanalizasiya xətti xüsusi təyinatlı texnika ilə, 74846 p/m xətt isə mexaniki üsulla təmizlənmiş, 18 ədəd kanalizasiya baxış quyusu quraşdırılmışdır. Binəqədi şosesində “Azpetrol” yanacaqdoldurma məntəqəsindən “Böyük Şor” gölü istiqamətində 3000 metr və Baksol yaşayış massivindən “Böyük Şor” gölü istiqamətində 2000 metr məsafədə mövcud olan açıq kanalda təmizləmə işləri aparılmışdır.
Əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində ümumilikdə 1916 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilmiş, 1040 metr istismara yararsız kabel xətti dəyişdirilərək yenisi ilə əvəz edilmiş, 3 ədəd cərəyan transformatoru dəyişdirilmiş və transformator məntəqələri təftiş edilərək təmizlik işləri aparılmışdır. 9-cu mikrorayon, M.Cəlal küçəsində və 8-ci mikrorayon, S.S.Axundov küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun yenidən qurulması işləri həyata keçirilmişdir. Bununla əlaqədar həmin ərazilərdən keçən yüksək gərginlikli elektrik hava xətlərinin yeraltı xətlərə keçirilməsi işləri aparılmışdır.
Əhalinin istiliklə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin həlli məqsədilə rayon ərazisində müxtəlif diametrli 1982 metr məhəllədaxili istilik xətti dəyişdirilmiş, 112 ədəd siyirtmə əsaslı təmir olunmuşdur. 136 ədəd qazan və 11 istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, 54 ədəd şəbəkə və dövriyyə nasosları cari təmir edilmiş, 92 ədəd istilik kamerası təmizlənmişdir. Yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik xətlərində əsaslı və cari təmir işləri aparılmışdır. Görülmüş tədbirlər nəticəsində qış mövsümündə 448 yaşayış binası, 12 məktəb, 9 uşaq bağçası, 7 səhiyyə müəssisəsi, 3 büdcə təşkilatı, 187 digər təyinatlı binalar istiliklə təmin olunacaqdır.
9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 141 saylı körpələr evi-uşaq bağçasında Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir işlərinə başlanılmışdır.
Həmçinin 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Binəqədi rayonu üzrə bir sıra ümumi təhsil müəssisələrinin tikintisi və təmiri aparılmışdır. Rayonun 179 və 306 nömrəli tam orta məktəblər üçün yeni binanın tikintisi başa çatdırılmışdır. 300 nömrəli tam orta məktəbdə isə korpus əsaslı təmir edilərək istifadəyə verilmişdir.
Görüləcək işlər barədə:
Su təchizatı və kanalizasiya üzrə: Xocəsən qəsəbəsi, Yuxarı Çiçək yaşayış sahəsinə, Yeni məhəlləyə su və kanalizasiya xətlərinin çəkilməsi, 15-ci döngədə açıq kanalizasiya xəttinin boruya alınması;
-Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 2-də və Biləcəri qəsəbəsində qəbiristanlığın yaxınlığına su və kanalizasiya xəttinin çəkilməsi;
-Binəqədi qəsəbəsi, I, II, III mədən, korpus 10, 25, 40, 42, 87, 100, 108, 4 saylı ETK-nın yaxınlığında və Gülüstan küçəsində yeni su və kanalizasiya xətlərinin çəkilməsi;
-M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yeni yaşayış massivində mövcud olan açıq kanalın boru ilə əvəz olunması;
Səhiyyə üzrə: 9, 10, 27 saylı poliklinikaların, 11, 20, 21 saylı uşaq poliklinikalarının, 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserin əsaslı təmirə ehtiyacı vardır. Biləcəri qəsəbəsində yerləşən 15 saylı şəhər poliklinikası təmirli olsa da, əhalinin sayının artması ilə əlaqədar poliklinikanın tutumunun artırılmasına ehtiyac vardır. ( Poliklnika tikiləndə 10000 nəfərə xidmət etmək üçün nəzərdə tutulsa da, hal-hazırda 60000-dən çox əhaliyə xidmət göstərir) .
Təhsil sahəsində: 30, 99, 144, 205, 267, 299, 301,313, 314 nömrəli tam orta məktəblərin əsaslı, 103 və 143 nömrəli tam orta məktəblərin hər birinin 1 korpusunun təmirə ehtiyacı vardır. Binəqədi qəsəbəsində yerləşən 205 nömrəli tam orta məktəbin sökülərək yerində 960 yerlik yeni tədris korpusunun, idman və akt zalının tikintisi və Xocasən qəsəbəsi Sulutəpə yaşayış massivində 1400 yerlik yeni məktəbin tikintisi “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planında nəzərdə tutulsa da, icra edilməmişdir.
Məktəbəqədər təhsil üzrə: 76, 86, 178, 210, 234, 292, 295, 296, 328, ”Delfin, “Sahil” uşaq bağçalarının əsaslı təmirə ehtiyacı vardır. Rayonda məktəbəqədər təhsil müəssisələrində yer çatışmazlığı ilə bağlı problemlər var. 141 saylı körpələr evi uşaq bağçasında hazırda əsaslı təmir işləri aparılır. Rayon ərazisində fəaliyyət göstərən 76, 234, 328, “Delfin” və “Sahil” körpələr evi uşaq bağçalarının əsaslı təmiri, Xocəsən və Binəqədi qəsəbələrində yeni uşaq bağçasının tikintisi “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planında nəzərdə tutulsa da, icra edilməmişdir.
Mədəniyyət sahəsi üzrə: C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının əsaslı təmirə ehtiyacı var. Xocasən qəsəbə klubunda aparılan əsaslı təmir işləri yarımçıq dayandırılmışdır. Eyni zamanda rayon ərazisində faəliyyət göstərən Mərkəzləşmiş Kitabxana Sistemi və 6 filialının əsaslı təmirə ehtiyacı vardır.
Qəsəbədaxili yolların təmiri üzrə:
-Binəqədi qəsəbəsi, Yeni yaşayış massivində yolların əsaslı təmir edilməsi;
-Binəqədi qəsəbəsi, III mədən, korpus 105,109,116, 117, 118, 119, 122, 123 və 124 ünvanlarında yolların əsaslı təmir edilməsi;
-28 May qəsəbəsi Qurtuluş, Gənclik və Şəfa küçələrinin asfaltlanması;
-Xocəsən qəsəbəsi, Dəyirman yolu və 4-cü mədən yolunun Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi və döngələrinin, Asəf Zeynallı küçəsi, Məmməd Səid Ordubadi küçəsi və döngələrinin asfaltlanması;