Şriftin ölçüsü :

Saytın rəngi :

01 avqust 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

02 avqust 2024 | 15:23

01 avqust 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Mikrorayon  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Kunanbayev küçəsi 7/19 saylı binanın qarşısında aşmış ağacın götürülməsi, Dərnəgül metro stansiyasının yaxınlığında AAYNA tərəfindən enerji xəttinin çəkilişi ilə əlaqədar aparılmış qazıntı işlərindən sonra sıradan çıxmış yer örtüyünün bərpası, A.Kunanbayev küçəsi 5a/8 ünvanında sahibsiz heyvanların kənardırılması, İ.P.Dadaşov küçəsi 91 ünvanında yerləşən binanın birinci girişində liftin təmiri, A.Kunanbayev küçəsi 3/A saylı binanın qarşısındakı işıq dirəklərinin lampalarının dəyişdirilməsi, F.Məlikov küçəsində sahibsiz heyvanların kənardırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər