Şriftin ölçüsü :

Saytın rəngi :

01 dekabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

01 dekabr 2022 | 09:13

01 dekabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ramazanov küçəsində yerləşən Zəngilan rayon Surxay Noçuyev adına orta məktəbinin köhnə işıq şitinin yenisi ilə əvəz olunması, Şahdağ küçəsinə kanalizasiya xəttinin (350m) çəkilməsi, Binəqədi–Novxanı yolu (Mətbuat küçəsi və Şəhid Ramin Quliyev küçələri) istiqamətində yolun bir hissəsində işıq dirəklərinin qoyulması, vətəndaşın işlə təmin olunması, Binəqədi-Balaxanı yolu istiqamətinə, Bineyi qazi və Mətbuat küçəsinin kəsişməsinə dayanacaqların qoyulması, Şəhid Ramin Quliyevin  adı verilmiş küçəyə ünvan lövhələrinin vurulması, Kəpəz küçəsində kanalizasiya xəttinin və eyni zamanda asfalt örtüyünün çəkilməsi, 41 saylı marşrut xəttində avtobus sayının artırılması və 79 saylı marşrut xəttinin Xəzər küçəsini əhatə etməsi, Binəqədi-Xırdalan yolu Keyrəki küçəsinin kəsişməsində piyada zolağının çəkilməsi, qəsəbə ərazisində küçə itlərinin yığışdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər