Şriftin ölçüsü :

Saytın rəngi :

01 fevral 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

04 fevral 2024 | 13:54

01 fevral 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 9-cu mikrorayon S.Məmmədova küçəsi, 203/b saylı ünvanda binanın zirzəmisinin və girişlərin dezinfeksiya olunması, M.Cəlal küçəsi 121 ünvanında binanın girişlərinin təmiri və binanın həyətində oturacaqların quraşdırılması, M.Cəlal küçəsində sahibsiz heyvanların kənarlaşdırılması, M.Cəlal küçəsi 51 saylı ünvanda mövcud işıq dirəklərində lampaların yenisi ilə əvəz olunması, H.Babaşov küçəsi 9 saylı ünvanda ağacların budanması, H.Babaşov küçəsi 17 saylı binanın 3-cü girişində liftin təmir olunması, 157 saylı məktəbin qarşısında qurumuş ağacın kəsilməsi, İ.Həşimov küçəsi 6a ünvanında zirzəminin və girişlərin dezinfeksiya olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər