Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 01 Oktyabr - “Prokurorluq İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir keçirildi

02 oktyabr 2025 | 11:42

01 oktyabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 01 Oktyabr - “Prokurorluq İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Vüsalə Eyvazova, şöbənin məsləhətçisi Orxan Əliyev və Rayon Prokurorluğunun əməkdaşları iştirak etdilər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev çıxışında  Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 107-ci ildönümü münasibətilə prokurorluğun əməkdaşlarını təbrik edərək, prokurorluq orqanlarının formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi qanunvericilik islahatları nəticəsində ölkəmizdə insan hüquqlarının hərtərəfli bərqərar olmasının təmin edildiyini qeyd etdi. Prokurorluq əməkdaşlarına dövlətimizin tərəqqisi naminə şərəfli xidməti fəaliyyətlərində uğurlar arzu etdi.  

Tədbirdə çıxış edən Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov prokurorluq əməkdaşlarının dövlət qarşısında daşıdıqları məsuliyyətin önəmini qeyd edərək, onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.

Sonda Rayon Prokurorluğunun bir qrup əməkdaşına Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi.

Keçidlər