01 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Rayon təsərrüfatının 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığının təmin edilməsi” ilə bağlı rayon Qərargahının iclası keçirildi.
01 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət müəssisə, idarə və təşkilatlar tərəfindən 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə əlaqədar “Rayon təsərrüfatının 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığının təmin edilməsi” ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş yeni tərkibdə rayon Qərargahının iclası keçirildi.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Qərargahın sədri Leysan Məmmədovun sədrliyi ilə keçirilən iclasda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının müvafiq şöbə müdirləri, sahə və qəsəbə inzibati dairələri üzrə nümayəndələri, rayon kommunal xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə sədrləri iştirak etdilər. İclasda rayon təsərrüfatının 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığının vəziyyəti, bu sahədə göürülmüş və görülməsi nəzərdə tutulan vacib işlərlə bağlı müzakirələr aparıldı, eyni zamanda fəaliyyət istiqamətləri müəyyən edildi.