Şriftin ölçüsü :

Saytın rəngi :

02 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

02 mart 2023 | 09:10

02 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin H.Babaşov 9 saylı binada lift təsərrüfatının yaxşılaşdırılması və binanın həyətində “Azərsu” ASC tərəfindən aparılan qazıntı işlərindən sonra sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, ödənişsiz kompüter və dil kurslarında təhsil alması, M.Kazımovski küçəsi, keçid 14/10 məhəllə 3215 ev 2/a saylı binanın həyətində söhbətgahın quraşdırılması, M.Cəlal küçəsi 51 saylı binanın həyətində ağacların budanması, Ü.Hacıbəyov küçəsi 2/a ünvanında zirzəmidə kanalizasiya xəttinin təmiri və zirzəminin dezinfeksiya olunması, 157 saylı məktəbin həyətində kanalizasiya xəttinin təmiri, A.Məmmədov küçəsi 56 saylı binanın fasadının təmiri və binada lift təsərrüfatının yaxşılaşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər