02 may 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi
02 may 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Corce Enesku parkında əlavə oturacaqların yerləşdirilməsi, Ş.Məmmədova küçəsində (248 №-li tam orta məktəbin arxa tərəfində) asfalt örtüyünün bərpa edilməsi, İ.Dadaşov küçəsi 71C ünvanında (135№-li tam orta məktəbə gedən yol) asfalt örtüyünün bərpa edilməsi, H.Hüseynov küçəsi 23 saylı binanın qarşısında (fəvvarənin yanında) quru ağacın götürülməsi, S.S.Axundov küçəsi 8 saylı binanın zirzəmisindən suyun çəkilməsi, N.Nərimanov küçəsi 21 saylı binanın həyətində 3 quru ağacın kəsilməsi, Binəqədi şosesi 188/28 saylı binanın arxa tərəfində “AzərSu” ASC tərəfindən aparılmış təmir işlərindən sonra asfalt örtüyünün bərpası, İ.Dadaşov küçəsi 91/A saylı binanın qarşısında qurumuş ağacların götürüməsi, Binəqədi şosesi 186 ünvanında sahibsiz heyvanların kənarlaşdırılmasına köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.