02 noyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi
02 noyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 71 saylı marşrut xəttinin axşam saatlarında işləməməsi və intervalının artırılması, Z.Qəmbərov küçəsində avto dayanacağın quraşdırılması, 41 saylı marşrut xəttinin Zəngəzur küçəsindən Çıraq restoranına qədər uzadılması, A.Hüseynov küçəsi ilə Z.Qəmbərov küçəsinin kəsişməsində konteynerlərin yerinin dəyişdirilməsi, Yeni yaşayış massivində (Baksol) üstüaçıq kanalizasiya xəttinin təmizlənməsi, S.Hüseynov küçəsində kanalizasiya xəttinin çəkilməsi, Göyçə küçəsində kanalizasiya xətti çəkildikdən sonra yararsız vəziyyətə düşmüş asfalt örtüyünün bərpa edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.