03 avqust 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi
03 avqust 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin R.Allahverdiyev küçəsi ilə Dövlətli İskəndər küçələrinin kəsişdiyi əraziyə asfalt örtüyünün çəkilməsi və kanalizasiya xəttinin yuyulması, Şəhid Nicat Səmədov küçəsindən Sulutəpə qəbiristanlığına qədər yolun işıqlandırılması və işıq dirəklərinə bayraq asılması üçün xamut yerləşdirilməsi, Dövlətli İskəndər (Bələdiyyə) küçəsində işıq dirəklərinin lampalarının dəyişdirilməsi, Kərkük küçəsinin giriş-çıxışına, Zirvə küçəsinə asfalt örtüyünün çəkilməsi, qəsəbə ərazisində ünvan lövhələrinin vurulması, sahibsiz heyvanların yığışdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.