Şriftin ölçüsü :

Saytın rəngi :

03 noyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

03 noyabr 2022 | 12:14

03 noyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov,  Binəqədi  Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Görüşdə iştirak edən mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi və https://rih.gov.az/ portalından istifadə etməlkə, müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin mikrorayon ərazisində kanalizasiya xəttinin təmizlənməsi, soyuqlarla əlaqədar istiliyin verilməsi, abad məhəllədə işıq lampalarının yeniləri ilə əvəz edilməsi, 244 saylı məktəbin qarşısındakı quru ağacın kəsilməsi, vətəndaşın işlə təmin olunması və sosial müavinətin verilməsi, Azadlıq prospekti 20, 24, 28 saylı binaların yanında aparılan qazıntı yerlərinə asfalt örtüyünün çəkilməsi, A.Kunanbayev 5V ünvanında sahibsiz itlərin toplanması, istilik sisteminin ödənişi ödənildiyi halda yaranmış borclarla bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər