Şriftin ölçüsü :

Saytın rəngi :

03 noyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda şəhid tibb xidməti kapitanı Anar Kərəm oğlu Məmmədovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

03 noyabr 2022 | 12:53

Şəhidlərimizin ruhunun şad olduğu indiki məqamda dövlətimizin qüdrəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi Azərbaycanı yeni, möhtəşəm nailiyyətlərə aparacaq.  Tarix güclü Azərbaycanın yeni şanlı qələbələrinə şahidlik edəcək. Həm müstəqilliymizin, həm də tarixi Zəfərimizin siyasi rəmzi olan, şəhidlərin ölməzliyini, Vətənin bölünməzliyini əks etdirən, işğaldan azad edilmiş ərazilərimizdə qürurla ucaldılan üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaqdır!

03 noyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda şəhid tibb xidməti kapitanı Anar Kərəm oğlu Məmmədovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin, bələdiyyənin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.

Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və  yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki,  dövlətimiz Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinə, bu haqq savaşımızda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu mübarizələrdə xalqımız neçə-neçə igid övladını Vətən uğrunda qurban verib. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Biz hər zaman şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyərək, əziz xatirələrini hörmətlə anacağıq.

Anım tədbirində xatirələrini bölüşən şəhidin anası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını  bildirdi.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər