04 aprel 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi
04 aprel 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Binəqədi-Biləcəri yolunda sahibsiz heyvanların yığışdırılması və küçə işıqlarının çəkilməsi, Binəqədi qəsəbəsi, II mədən, korpus 64 ünvanında asfalt örtüyünün bərpası, Fəxrəddin Qurbanlı küçəsində asfalt örtüyünün çəkilməsi və küçənin yeni çəkilmiş su xəttinə qoşulması, I mədən, korpus 8 ünvanında asfalt örtüyünün bərpası, I mədən, korpus 38 ünvanında kanalizasiya xəttinin çəkilməsi zamanı yararsız hala düşmüş asfalt örtüyünün bərpası, G. Ramazanov küçəsində işıqforun qoyulması, I mədən, korpus 14 ünvanında küçə işıqlarının çəkilməsi, Gülüstan küçəsi, döngə 15 ünvanında asfalt örtüyünün çəkilməsi və kanalizasiya xəttinin çəkilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.