04 dekabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi
04 dekabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Narkomaniyaya qarşı mübarizə ilə əlaqədar tədbirlərin həyata keçirilməsi, maarifləndirmə işlərinin aparılması və gənclər arasında idman yarışlarının keçirilməsi, 313 saylı məktəbin qarşısında piyada zolağının çəkilməsi, “Xocəsən” metro stansiyasının qarşısında qurumuş ağacların götürülməsi, Aqua-Vita zavodunun qarşısında (Dövlətli İskəndər və Xocalı küçəsinin kəsişməsi) “Dayanmaq qadağandır” nişanının quraşdırılması, Xocəsən qəsəbəsində şəhid və qazi ailələrinin yaşadığı şəhərcikdə oturacaqların və söhbətgahın quraşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.