Şriftin ölçüsü :

Saytın rəngi :

04 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

04 may 2023 | 09:46

04 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal 41 ünvanında “ABAD Həyətdə” futbol meydançasının işıqlarının bərpa olunması, S.Məmmədova küçəsi 207 ünvanında zirzəmidə kanalizasiya xəttinin təmiri və zirzəmiyə dolmuş suyun çəkilməsi, Ü.Hacıbəyov küçəsi 4 ünvanında zirzəminin dezinfeksiya olunması, M.Cəlal küçəsi 141 ünvanında parkın işıqlandırılması, A.Məmmədov küçəsi 119 ünvanında istirahət parkında qurumuş ağacların yeni ağaclarla əvəz olunması, A.Məmmədov küçəsi 57 ünvanında binanın dam örtüyünün və fasadının təmiri, M.Cəlal küçəsi 127 ünvanında binanın 4-cü girişində lift mühərrikinin təmir edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər