Şriftin ölçüsü :

Saytın rəngi :

04 noyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonunda yeni yaradılmış nümunəvi məhəllədə “Heydər Əliyev İli” çərçivəsində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi

04 noyabr 2023 | 17:55

04 noyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonunda yeni yaradılmış nümunəvi məhəllədə “Heydər Əliyev İli” çərçivəsində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.

Sakinlərin istifadəsinə verilən yenilənmiş nümunəvi həyət Binəqədi rayonu S.S.Axundov küçəsi-8 və Ş.Məmmədova küçəsi-15 ünvanında 956 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri- Azay Quliyev, Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti  başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Binəqədi bələdiyyəsinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, gənclər və rayonun digər ictimai fəalları iştirak etdilər.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, söhbətgahlar, idman qurğuları və çoxfunksiyalı uşaq əyləncə kompleksləri quraşdırılmış, əraziyə bitişik obyektlərin fasadları təmir olunub, asfalt örtüyü yenilənmişdir.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 200 ədəd müxtəlif cinsli ağaclar əkilmiş, 6100 kv. metr ərazidə abadlıq işləri aparılmışdır.

Keçidlər