Şriftin ölçüsü :

Saytın rəngi :

04 oktyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

07 oktyabr 2024 | 09:27

04 oktyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 7-ci mikrorayon Fərman Məlikov küçəsi  4 saylı binanın kanalizasiya xəttlərinin təmizlənməsi, Fərman Məlikov küçəsi 53 ünvanında sahibsiz heyvanların kənarlaşdırılması, Abay Kunanbayev küçəsində yerləşən ağaclara aqrotexniki qulluğun göstərilməsi, Abay Kunanbayev küçəsi 5/a-8 saylı binanın arxa tərəfində yerləşən quru ağacın kəsilməsi, Abay Kunanbayev küçəsində sürət məhdudlaşdırıcı maneələrin quraşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər